• AZ|RU


  • Artdekor şirkəti 2018-ci il 01 oktyabr tarixində əsası qoyulmuşdur. Fəaliyyət istiqamətimiz dekorativ məhsulların istehsalı və internet üzərindən satışını həyata keçirtməkdir. Evinizə, osiflərinizə və istədiyiniz məkanlara uyğun həm interyer, həm də eksteryer üçün dekorativ məhsulları saytımız vasitəsilə əldə edə bilərsiniz. Almaniya və Türkiyə avadanlıqları ilə keyfiyyətli materiallardan hazırlanmış məhsullarımız evlərinzin, ofislərinizin və istədiyiniz bütün məkanlarınızı bəzəyəcək, əhvalınızı xoş edəcəkdir.

    Missiyamız - İnsanların rahatlığını təmin edəcək, onların həyatlarını daha zövqlü edəcək məhsullarımızın ölkənin istənilən yerində hər bir şəxsə, ofisə və ya istənilən məkana təqdim etməkdir.

    Hədəflərimiz - Ölkənin ən qabaqcıl dekorativ məhsullarının istehsalı və satışı ilə məşğul olan şirkət olmaq, ölkə xaricinə ixrac etmək və hər bir vətəndaşa fərdi münasibət bilədirməkdir.

    Dəyərlərimiz - peşəkarlıq, düzgünlük, komanda işi, inam və məsuliyyətlilik, vicdanlılıq və kreativlikdir.

    Zəmanət - Şirkətin satdığı bütün məhsulara 12 ay ərzində zəmanət verilir. Məhsulların alışı zamanı sizə verilən zəmanət talonu, qəbz, təhvil-təslim aktı, çek, qaimə faktura və bu kimi digər sənədləri itirməyin. Əks halda şirkətin zəmanətdən imtina etmək hüququ vardır. Zəmanət müddəti şirkətin satdığı bütün məhsullara şamil edilir. Zəmanət məhsulların istehsalçı tərəfindən baş vermiş nasazlıqlara görə etibarlıdır. Sonradan müdaxilə edilmiş və ya hər hansı fiziki deformasiyaya məruz qalmış, həmçinin rütübətlilik, istilik və soyuqluq dərəcəsinin yüksəkliyi, günəş şüalarının birbaşa təsiri altında qalan məhsul öz zəmanətini tam olaraq itirir. Zəmanətin etibarlı olduğu müddətdə məhsulun zəmanətlə təmiri 14 iş günü ərzində həyata keçirilir. 

    Müştəri xidməti - Şirkətin satdığı məhsulların müştəriyə çatdırılması və quraşdırılması şirkətin öz hesabına həyata keçiririlir. Satış və satışdan sonrakı xidmət, müştəri məmnuniyyətinin qorunması şirkətin ən prioritet məqsədlərindən biridir. Şirkətin satdığı məhsullar, məhsullara verilən zəmanət haqqında istənilən zaman müştərilərə məlumat verə bilərik. Satış etdiyimiz məhsulların çatdırılması və quraşdırılması məhsul növündən asılı olaraq 3-7 iş günü ərzində həyata keçirilir. Müştərilərə operativ və keyfiyyətli xidmət göstərmək üçün hər zaman hazırıq!

    © Artdekor.az

     Ünvan: 1-ci məhəllə, Səməd Vurğun küç, 100

                 AZ5000, Sumqayıt, Azərbaycan

    Email:  info@artdekor.az

    Mobil:  (+99450) 450 00 10

                 (+99455) 450 00 10

                 (+99477) 450 00 10