“Yeni il”də evi necə bəzəməli?
Amma bu il dünyada pandemiyanın yayıldığını, həmçinin bir çox ölkələrdə bəzi qadağaların tətbiq edildiyini nəzərə alsaq,“Yeni il”i isti evimizdə ailəmiz və yaxın dostlarımızla keçirməyimiz daha məqsədəuyğun sayılar. Müxtəlif oyunlar oynayıb, səmimi söhbət edib 2021-ci ili xoş və gözəl arzularla qarşılamaq zövqverici olar. Bütün bunların fonunda müxtəlif aksesuarlardan istifadə edərək evinizi bayram əhval-ruhiyyəsində bəzəmək gününüzün daha əyləncəli keçməsinə şərait yaradacaq.
“Yeni il”in simvolu- Şam ağacı
Bir anda evin görünüşünü dəyişən, xüsusi rəng qatan Şam ağacı “Yeni il”in ən əsas atributlarından, olmazsa, olmazlarındandır. Hər evə, hər zövqə uyğun Şam ağacları var. Evinizin həcmini nəzərə alaraq kiçik, orta və ya böyük ölçülü Şam ağacı ala bilərsiniz. Bəziləri filmlərdə gördüyü kimi böyük Şam ağaclarını sevir. Digərlərinin seçimi isə masanın üzərinə qoyulacaq qədər kiçik Şam ağacları olur. İstəyə uyğun ölçüdə ağacı aldıqdan sonra, əsas məsələ onu bəzəməkdir. Açığı, Şam ağacını bəzəmək bir çoxları üçün artıq hobbiyə çevrilib desək, yanılmarıq. Xüsusi maraq və sevgi ilə bəzədilən hər bir Şam ağacı gözoxşayan görüntüyə sahib olur. Ağacı bəzəmək üçün ilk olaraq onun yaşıl budaqlarını qabartmaq lazımdır. Çünki əksər süni ağacların budaqları qutuda qaldığı üçün əzilmiş və dolaşmış şəkildə olur. Budaqları düzəltdikdən sonra, sıra ağacın işıqlandırılmağındadır. Bunun üçün xüsusi dekorativ işıqlardan istifadə edə bilərsiniz.
Ağacınızın daha cəlbedici və gözalıcı olmağı üçün budaqlarından oyuncaqlar asmağınız tövsiyə edilir. Ən yuxarı hissədə isə ağacın ölçüsünə uyğun ulduz yerləşdirilir. Ağacın bəzəmə işi yekunlaşdıqdan sonra zövqə görə üzərinə zər qoyula və qar spreyi vurula bilər. Bütün bəzəmə işləri boyunca diqqət etməli olduğunuz məqam isə rəng uyumudur. Yəni istifadə edilən aksesuarlar arasında rəng uyğunluğu gözlənilməlidir. “Yeni il”in rəngləri dedikdə isə qırmızı, ağ, yaşıl və qızılı rənglər nəzərdə tutulur. Bununla bərabər istəyə uyğun olaraq Şam ağacının altında hədiyyə bağlamaları yerləşdirə bilərsiniz.
Bəzək aksesuarlarından istifadə

“Yeni il” süfrəsi

Ümid edirik ki, yazımız “Yeni il” üçün evinizi dizayn etməkdə sizə yardım edəcək. Hər birinizə xeyirli, uğurlu illər arzu edirik, “Yeni il”iniz mübarək!