Nədənsə, məkan dizaynı ilə bağlı fikir irəli sürüləndə insanların ağlına ilk olaraq ev dizaynı gəlir. Evin müxtəlif sahələrini xəyallarında canlandırıb oranı necə dizayn edəcəklərini düşünürlər.
Amma unudurlar ki, evləri qədər çalışdıqları ofisin də dizaynı
çox vacibdir. Çünki günün böyük bir hissəsini ofisdə keçirirlər və oradakı
mühit onlara həm fizioloji, həm də psixoloji olaraq təsir edir. Nahar, bəzən də
səhər yeməyini yedikləri, çay fasiləsi etdikləri bu məkan öz dizaynı ilə göz
oxşayan olmalı və insanı yormamalıdır.
İş mühitinin geniş və rahat olması işçilərin performansının
daha yüksək olması üçün lazım olan şərtlərdən biridir. İşçinin sıxıcı və
dağınıq ofisdə yüksək keyfiyyətli iş görməsi, fikrini toparlaması biraz müşkül
məsələdir. Ona görə bu kimi nüansları göz önünə gətirərək ofis dizaynında nələrə
diqqət edilməli olduğundan danışacağıq.
Rəngarəng
dizayn
Ofis dizaynında diqqət edilməli əsas və ən birinci nüans peşə
sahəsidir. Yəni işçilərin hansı peşədə çalışdıqları dizayn zamanı mütləq şəkildə
nəzərə alınmalıdır. Əks təqdirdə edilən dizayn işçilərdə mənfi aura yarada bilər.
Məsələn, dizayn, reklam və ya təşkilatçılıqla məşğul olan işçi auditoriyanız
varsa, bu zaman müəyyən rənglərdən, rəsmlərdən istifadə edərək ofisinizə və əhvalınıza
rəng qata bilərsiniz.
Bu, işçilərin həm motivasiyası, həm də təxəyyülünün inkişafı,
eyni zamanda xoşbəxtlik və dinclik baxımında önəmlidir. Ofis divarlarında rəng
seçimi üçün “Rənglər və onların
insanlara təsiri” məqaləsində daha geniş məlumat əldə edə bilərsiniz.
Sadə
dizayn
Dizayn ediləcək ofis əgər bank, rəsmi qurum, səhiyyə
ocağıdırsa, bu zaman sadə, açıq və tək rənglərə üstünlük verilməlidir. Çünki bu
tip ofislərdə işləyənlər kifayət qədər gərgin iş mühitində olduqları üçün məkanda
dinamik rənglərin olması gözyorucu və narahatedici ola bilər. Ona görə də, bu
kimi ofislərdə rahatladan və sakitləşdirən dizayn aksesuarlarından istifadə
edilməsi məsləhətlidir.
Xüsusi
konsepsiyalı dizayn
İş yerinizdə fərqli atmosfer
yaratmaq, işçilərinizi və müştərilərinizi ovsunlamaq istəyirsinizsə, bu zaman
ofisinizi xüsusi konsepsiya ilə də dizayn edə bilərsiniz. Konsepsiyalı dizayn
üçün müxtəlif dizayn aksesuarlarına ehtiyac duyula bilər ki, bunları da www.artdekor.az saytından rahatlıqla tapmaq
mümkündür.
Ofis
dizaynında çiçəklər
Dizayn zamanı istifadə olunan dekor aksesuarlarından biri də
dibçək çiçəkləridir. Onlar da süni, təbii, stolüstü olmaqla 3 qrupa bölünür:
1. Süni
çiçəklər
Ofis mühitində ən çox istifadə edilən süni dibçək çiçəkləridir.
Həm əlverişlilik, həm də görünüş baxımından təbii çiçəklərdən geri qalmadıqları
üçün iş mühitinə xüsusi rəng qatır. Süni güllər özəl diqqət, zaman, baxım tələb
etmədiyindən onları ofisinizin istənilən yerinə qoya bilərsiniz.
Müxtəlif dizaynda və rəngdə olan bu dekorativ çiçəklərlə iş
mühitində arzu olunan görünüşü əldə edə bilərsiniz. Əgər böyük və idarəsi çətin
olan ofisiniz varsa, süni çiçəklərdən istifadə etməyiniz məsləhət olunur.
2. Təbii
çiçəklər
Seçimlər arasında təbii çiçəklər də var. Xüsusilə butik və
günəş işığı görən bir ofisiniz varsa, dizaynında mütləq şəkildə təbii dibçək
güllərindən istifadə etməlisiniz. Təbii güllər siz fərqinə varmasanız belə
olduğunuz məkanda fərqli bir ab-hava yaradır.
Əgər ofisinizdə elektronik cihazlar, alətlər çoxluq təşkil
edirsə, bu dibçəklərdən bir neçə dənə olması tövsiyə olunandır. Çünki təbii çiçəklər
stressi, gərginliyi götürür və əvəzində müsbət enerji ötürür.
3.
Stolüstü çiçəklər
İş masanızın üzərində kompüter, qələmqabı və s. kimi əşyalarla
bərabər mütləq şəkildə stolüstü balaca dibçək çiçəkləri də olmalıdır. Stolun üzərində
kiçik dibçəyin olmağı ona estetik görünüş qazandırmaqla bərabər, həm də sizə
psixoloji olaraq müsbət təsir edər. Çiçəyin süni və ya təbii olması isə sizin
zövqünüzdən asılıdır. Amma masaüstü çiçəyin təbii və yaşıl rəngdə olması
sağlamlığınız və göz yorğunluğunuz üçün çox faydalıdır. Məsələn, uzun müddət
kompüterlə işləmək məcburiyyətindəsinizsə, arada fasilə verib qarşınızda olan
çiçəyə baxmaq həm göz ağrılarınızı aradan qaldırar, həm də diqqətinizi
toplamağınıza kömək edər.
Ofis ölçülərinə
görə çiçək seçimi
Çiçək seçimi edərkən məkanın ölçüləri, quruluşu və dizaynı nəzərə
alınmalıdır.
Əgər ofisiniz böyükdürsə, ağac quruluşunda süni çiçəklərdən
istifadə edə bilərsiniz. Yaxşı dizayn edilmiş ofisdə işin səmərəliliyini və məhsuldarlığını
20% artırmaq mümkündür. Boş, günəş görməyən yerləri, xüsusilə də künc hissələri
süni ağaclarla bəzəyib olduğunuz yeri estetik baxımdan daha çox gözoxşayan hala
gətirə bilərsiniz. Amma əksinə ofisiniz kiçikdirsə, bu zaman müxtəlif rəng
tonlarında hazırlanmış kiçik dibçək güllərindən istifadə etməyiniz tövsiyə
olunandır.
Qeyd edək ki, ofisdə olan çiçəklər kondisionerdən gələn süni
havanı zərərli maddələrdən təmizləyərək hava çirkliliyini azaldır. Xüsusilə də
pəncərəsi olmayan, süni havalandırma sistemi ilə işləyən ofislərdə bitkinin
olması vacibdir. Bu, ilk olaraq işçi heyətin sağlamlığı, digər tərəfdən də
ofisin estetik görünüşü baxımından əhəmiyyətlidir. Unutmayaq ki, əhvalımızın
yaxşı olmağı üçün əvvəlcə oturduğumuz yeri gözəlləşdirməliyik.
Nədənsə, məkan dizaynı ilə bağlı fikir irəli sürüləndə
insanların ağlına ilk olaraq ev dizaynı gəlir. Evin müxtəlif sahələrini xəyallarında
canlandırıb oranı necə dizayn edəcəklərini düşünürlər.
Amma unudurlar ki, evləri qədər çalışdıqları ofisin də
dizaynı çox vacibdir. Çünki günün böyük bir hissəsini ofisdə keçirirlər və
oradakı mühit onlara həm fizioloji, həm də psixoloji olaraq təsir edir. Nahar,
bəzən də səhər yeməyini yedikləri, çay fasiləsi etdikləri bu məkan öz dizaynı
ilə göz oxşayan olmalı və insanı yormamalıdır.